Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Ramco CJSC Biznesin İnkişafı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan və İngilis dili sərbəst bilmək, Rus dili arzuolunandır.
”RAMCO” QSC – in, başlıca məqsədi, ölkəmizdə və ölkə hüdudlarından kənarda, sənaye və mülki obyektlərin, müxtəlif təyinatlı yolların, tunellərin, hidrotexniki və meliorasiya qurğularının tikintisinin peşəkarcasına həyata keçirilməsidir. Şirkətin hədəfi, idarəetmədə aşağıdakı prinsipləri rəhbər tutaraq, daima təkmilləşmək və tikinti sektorunda Respublikamızın öndə gələn Şirkətlərindən birinə çevrilməkdir. Həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda bir çox layihələrə imza atmış şirkətimiz daima innovativ tikinti layihələrini həyata keçirməkdə iddialıdır. Şirkətimizin missiyası əldə edilmiş təcrübənin və professional resursların sistematik inteqrasiyasindan istifadə edərək, istənilən mürəkkəblikdə tikinti işlərinin tam həcimdə yerinə yetirilməsidir.
Vəzifə: Biznesin İnkişafı üzrə mütəxəssis
Əsas vəzifə öhdəlikləri:
- Tender paketlərini incələyir
- Tender paketilərini məsul və aidiyyatı şəxslər arasında iş bölgüsünü təyin edir
- Müqavilə və tender paketi üzrə analitik hesabat hazırlayır və məsul şəxslərə yönəldir
- Sifarişçi tərəfindən tələb olunan sənədlərin toplanmasını təşkil edir və Rəhbərliyin təsdiqindən sonra Sifarişçiyə yönəldir
- Tender paketinin incələnməsi və yekunlaşması üzrə qrafiki izləyir və işlərin məsul şəxslər tərəfindən təqdim edilməsini təqib edir
- Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması
- Şirkətin uğurlu imicinin yaradılması
- Biznes proseslərinin təkmilləşdirilməsi
- Şirkətin marketinq məsələləri ilə məşğul olur
- Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak edir
Namizədə dair tələblər:
- Ali təhsil
- Biznes İnkişafı üzrə mütəxəssis vəzifəsində 3-5 il iş təcrübəsi (Tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək)
- Azərbaycan və İngilis dili sərbəst bilmək, Rus dili arzuolunandır
- Kompüter bilikləri: Microsoft Office (əla), Autocad və s. Proqramlar
- Məsuliyyətlik, düzgünlük, işdə dəqiqlik, komandada işləmək bacarığı kimi müsbət göstəricilərə sahib olmaq
İş şərtləri:
- Bazar ertəsi – Cümə: 8:30 – 17:30, Şənbə : 10.00 – 16.00
- Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir
- Korporativ nömrə
Maraqlanan və tələblərə cavab verən namizədlər mövzu yerində “Biznesin İnkişafı üzrə mütəxəssis” yazmaqla öz CV-lərini hr-cv@ramco.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...