Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Woodpecker Maliyyə-mühasibatlıq Departament Direktoru vəzifəsi üzrə vakansiya elan edir. Detallara diqqətli olmalıdır.
Şirkətimiz barəsində: 1994-cü ildən faəliyyət göstərən, müştərilərinə mebel və ev avadanlıqları satışı ilə məşğul olan yerli şirkət. Məqsədimiz qarşıdakı 3 il ərzində müasir standartlara uyğun korporativ şirkət qurmaq və bu yeni inkişaf strategiyası bəlirləməkdir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Şirkətin maliyyə sisteminin sıfırdan qurulması,
- Maliyyə departamenti və komandanın qurulması,
- Mühasibatlıq və maliyyə prosedurlarının yazılması və icrasının təmini,
- Departamentin idarə edilməsi, şirkətin əsas biznes istiqamətlərinə dəstəyin göstərilməsi.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Təcrübə və Texniki bacarıqlar:
- Maliyyə və mühasibatlıq sahəsində yüksək səviyyədə biliklər
- Quruculuq qabiliyyətinin yüksək olması,
- Xarici dil bilikləri: İngilis dilini C1-C2, Rus dili üstünlükdür,
- Texnolojik məlumatlılıq (yeni texnologiyalara sürətli adaptasiya)
- Planlama qabiliyyəti
- ACCA və digər müvafiq xarici sertifikasiyasının olması üstünlükdür.
Emosional bacarıqlar və vərdişlər:
- Detallara diqqətli olmaq
- Müzakirə və inandırma qabiliyyəti
- Kritik düşünmə və təhlil
- Problemlərə həll edici yanaşma
- Yeniliyə açıqlıq,yaradıcılıq
- Analitik düşünmə,
- Komanda işinə meyli olma.
İŞ ŞƏRTLƏRİ VƏ İMKANLARİ BARƏSİNDƏ:
- Əmək haqqı razılaşma ilə təyin ediləcək, əmək haqqı və ümumi əmək münasibətləri tam rəsmi olacaq.
- İş yeri: Əhməd Rəcəbli, Woodpecker mağazasının 2ci mərtəbəsi.
- İş günlərinin sayı 5 gün, ilkin etapda əlavə iş yükü ola bilər.
Müraciətinizi e-mail ünvanına göndərin (mövzu yerində vakansiya adı qeyd edilməklə): hr@wtm.az
Oxşar vakansiya siyahısı:
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...