Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AccessBank Fondlarla (SİF, İKZF və AKİA) iş üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.Stresə davamlılıq və kollektivdə işləmə bacarığı olmalıdır.
KOBM Departamentində mütəxəssi/aparıcı mütəxəssis (Baş ofis) və ya Fondlarla (SİF, İKZF və AKİA) iş üzrə mütəxəssis.
Vəzifə öhdəlikləri:
- Fondlarla əlaqələrin qurulması, fondların iştirakı ilə kreditlərin verilməsi prosesinin təşkili, təkmilləşdirilməsi və idarə edilməsi;
- Mövcud siyasət və prosedurlara riayət edilməsi, bankın kreditləşdirmə prosedurunda tapşırılmış bütün əməliyyatların həyata keçirilməsi;
- KOBM Departamenti tərəfindən qoyulan bütün vəzifələrin yerinə yetirilməsi;
- Cavabdeh olduğu iş sahələri üzrə hesabatların hazırlanması.
Tələblər:
- Bank, Maliyyə və İqtisadiyyat sahəsində Bakalavr təhsili;
- Bankda və ya fondlarla (SIF, IKZF, AKIA) iş sahəsində ən azı 2 il iş təcrübəsi;
- Stresə davamlılıq və kollektivdə işləmə bacarığı;
- Rəsmi sənədlərlə işləmə, müvafiq fondlarla yazışmaların aparılması və idarə etmə bacarığı;
- Fondlarla işlə bağlı təqdimatların hazırlanması və əməkdaşlar üçün təqdimatların keçirilməsi bacarığı;
- Azərbaycan və rus dillərini bilmək, ingilis dili biliyi üstünlük hesab olunur;
- Kompüter bilikləri: Microsoft Office (xüsusi ilə Excel bilikləri yaxşı səviyyədə).
Maraqlanan şəxslər öz CV formalarını 18 Oktyabr 2020-ci il (daxil olmaqla) tarixindən gec olmayaraq cv@accessbank.az elektron ünvanına göndərə bilərlər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Oxşar vakansiya siyahısı:
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...