Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PAŞA Sığorta İstedadların cəlb edilməsi üzrə mütəxəssis/ baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və Öhdəliklər:
- Digər departamentlər tərəfindən keçilən tələblərə əsasən axtarışa başlamaq;
- İşçi tələblərinə əsasən müvafiq elanları hazırlamaq, Şirkət daxili və xarici müxtəlif saytlarda, sosial şəbəkələrdə yerləşdirmək;
- Müxtəlif resurslar üzrə daxil olmuş CV-lərin incələnməsini həyata keçirmək;
- Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibələri təşkil etmək, müsahibə nəticələri barədə namizədləri xəbərdar etmək;
- İşəqəbul prosesi zamanı arxivləşdirmə və sənədləşmə əməliyyatlarını aparmaq;
- Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
- İşəqəbul imtahanlarını həyata keçirmək;
- İmtahanlarla bağlı olaraq lazımı sənədləşmə və qeydiyyata alma prosesini idarə etmək;
- İşəqəbul kanallarının idarəolunması və müasir metodların tətbiqini həyata keçirmək;
- Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılmasını təmin etmək;
- Birbaşa rəhbər tərəfindən verilən şifahi və yazılı tapşırıqları yerinə yetirilməsi
Bilik və bacarıqlar:
- İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsilinin olması;
- Azərbaycan, ingilis və ya rus dillərini yaxşı səviyyədə bilməsi arzuolunandır;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Stres altında işləməyi bacarmalı;
- Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə alik olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
- CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
- Microsoft office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
Son müraciət tarixi: 30 oktyabr, 2020-ci il.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin