Korporativ Müştərilər üzrə Satış Meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1200 AZN + Bonus. FoxExpress Korporativ Müştərilər üzrə Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir.

2018 – ci ildə fəaliyyətinə cəmi bir neçə yük maşını ilə başlayan FoxExpress hazırda Yükdaşıma və Logistika sahəsində ölkənin sürətlə inkişaf edən şirkətlərindən biridir. Bunun bariz göstəricisidir ki, şirkət yük daşıma ilə fəaliyyətə başlasa da hazırda bir çox kompleks xidmətləri – Yük daşıma, Evakuasiya, Usta, Fəhlə, Anbar və Təmizlik işlərini də həyata keçirir. Yaşının az olmasına baxmayaraq bir çox uğurlara imza atan FoxExpress Yükdaşıma və Logistika şirkəti sadəcə ölkə daxili deyil, beynəlxalq arenada da yüklərin daşınmasını planlayır.

Korporativ Müştərilər üzrə Satış Meneceri

İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi
İş vaxtı: 09:00 – 18:00
Əmək haqqı: 1200 AZN (net) + Bonus
Tabeçilik: Direktor

İŞİN TƏSVİRİ:

  • Bazar araşdırılmasının aparılması;
  • Potensial müştərilər ilə görüşlərin keçirilməsi, şirkət və xidmətlər haqqında təqdimatın aparılması;
  • Əməkdaşlıq üçün müraciət edən korporativ müştərilərin maliyyə vəziyyətinin yoxlanılması;
  • Əməkdaşlığa cəlb edilmiş yeni müştərilər ilə xidmət müqavilələrinin bağlanılması;
  • Müştəri bazasının qorunub saxlanılması üçün mövcud müştərilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi, müştəri məmnuniyyətinin təmin edilməsi üçün şikayətlərin dərhal araşdırılması və nəticəsi barədə müştərilərin məlumatlandırılması;
  • Korporativ satışın həyata keçirilməsi və satışı icra edən Zəng mərkəzinin operatorlarına nəzarətin edilməsi;
  • Tender sənədlərinin hazırlanılması;
  • Bazar ehtiyaclarına görə yeni xidmət növlərinin hazırlanılması üçün Marketinq komandası ilə qarşılıqlı işin təşkil edilməsi;
  • Günlük, həftəlik və aylıq satış hesabatlarının hazırlanılması;
  • Müştərilərə təqdim edilən bütün xidmətlərlə Satış komandasının əlaqələndirilməsi;

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • İşğaldan azad ediləcək rayonlarımıza ezamiyyətə gedə bilmə sərbəstliyi;
  • Ali təhsil (Satış və Marketing sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
  • Azərbaycan və Rus dillərində səlis danışıq qabiliyyəti;
  • Pozitiv, gülərüz, satış menecerinə xas olan əsas şəxsi keyifyyətləri özündə birləşdirən;
  • Müvafiq sahədə minimum 2 (iki) il iş təcrübəsi;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini 31.10.2020 – ci il tarixinədək a.faig@foxexpress.az ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)

Oxşar vakansiya siyahısı:

600 — 900 ₼
Satış Mütəxəssisi

Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Çinici

02.05.2024 - Bakı

Bölgə Müdiri

Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

1500 — 2000 ₼
Satış təmsilçisi

CMT Group MMC Satış təmsilçisi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

22.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

22.04.2024 - Bakı

500 — 700 ₼
Satıcı Məsləhətçi

Sabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

400₼
İnzibati işlər üzrə administrator

Sabah Group LLC Inzibati işlər üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Satıcı(bəy)

SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Superfon

17.04.2024 - Xaçmaz

Satış məsləhətçisi

KEPROSHOP” MMC-dəSatış üzrə məsləhətçi (Kosmetoloji məhsullar üzrə) tələb olunur. ...

Kepro

08.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

02.04.2024 - Bakı