Hüquqi məsələlərin tənzimlənməsi şöbəsinin böyük məsləhətçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Təhsildə Keyfiyyət Təminatı Agentliyi Hüquqi məsələlərin tənzimlənməsi şöbəsinin böyük məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə:

Sizin vəzifəniz hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Agentliyi təmsil etmək, Agentliyin strukturları tərəfindən hazırlanmış sənədlərin, müqavilələrin (sazişlərin), qanunvericilik layihələrinin hüquqi ekspertizasını həyata keçirmək və onların qanunvericiliyə uyğunluğuna dair rəylər vermək olacaqdır.

Məsuliyyət:

  • Hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Agentliyi təmsil etmək, Agentlik adından məhkəmə sənədlərinin hazırlanması və təqdim edilməsi prosesində iştirak etmək;
  • Agentliyə daxil olan və ya Agentliyin strukturları tərəfindən hazırlanmış müqavilələrin (sazişlərin), qanunvericilik və təşkilati-sərəncamverici sənədlərin layihələrinin hüquqi ekspertizasını həyata keçirmək və onların qanunvericiliyə uyğunluğuna dair rəylər vermək;
  • Agentliyin fəaliyyətinə aid qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin bazasını formalaşdırmaq, onların təkmilləşdirilməsi və yenilənməsi ilə bağlı təkliflər hazırlamaq;
  • Məhkəmə işlərinin hesabatını aparmaq, məhkəmə işlərinin nəticələrinə dair təqdimatlar/arayışlar tərtib etmək;
  • Agentlik daxili prosesləri tənzimləyən hüquqi sənədlərin bazasını hazırlamaq;
  • Agentliyin fəaliyyəti ilə əlaqədar vətəndaşlar tərəfindən Agentliyə ünvanlanmış şikayətlərə/iddialara dair zəruri hərəkətləri həyata keçirmək;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentlikdə yaradılmış komissiyalarda/işçi qruplarında iştirak etmək və aidiyyəti məsələlər üzrə təkliflər vermək;
  • Vəzifə öhdəlikləri irəli gələn digər fəaliyyətləri həyata keçirmək

Tələblər:

  • Hüquq sahəsi üzrə ali təhsil;
  • Hüquq sahəsi üzrə minimum il peşəkar iş təcrübəsi;
  • İngilis dilini yaxşı səviyyədə bilmək;
  • Azərbaycan dilində akademik yazı qabiliyyəti;
  • AR qanunlarını, xüsusən də təhsil qanunvericiliyiniişində tətbiq edə biləcək dərəcədə bilmək;
  • Microsoft Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı;
  • Yüksək yazılı və şifahi nitq qabiliyyəti;
  • Riskləri görə bilmə və həll etmə qabiliyyəti;
  • Analitik təhlil bacarığı;
  • Məsuliyyət, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

Üstünlüklər

  •  Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
  •  Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00
Son müraciət tarixi: 30.10.2020

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@tkta.edu.az elektron ünvanına mövzu yerinə “Böyük məsləhətçi” qeyd etməklə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı