Mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Entech MMC Mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Müvafiq sahədə ali təhsil (İnşaat Mühəndisi diplomu)
  • Müvafiq sahədə ən azı 5 ildən az olmamaq şərtilə iş təcrübəsi
  • Mühəndislik sahəsində qabaqçıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı
  • Kompüter bilikləri
  • Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək

Vəzifələr:

  • Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi
  • İşlərin planlaşdırılması və müvafiq tikinti planının hazırlanması
  • Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi
  • Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlanması və onların işinin istiqamətləndirilməsi
  • İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi
  • Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi
  • Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi
  • Əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi

İş saatı həftənin 5 günü: 09:00-dan 18:00-a qədər.

Əmək haqqı razılaşma yolu ilə.

CV-lərinizi office@entech.az mail ünvanına göndərə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...