Aparıcı məsləhətçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Təhsildə Keyfiyyət Təminatı Agentliyi Aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə:

Sizin vəzifəniz təhsil müəsisələrinin akkreditasiyasının təşkili, daxil olan müraciətlərin müvafiq qanunvericiliyin tələbləri çərçivəsində cavablandırılması , müvafiq sənədlərin hazırlanması və rəsmiləşdirilməsi və keyfiyyət təminatı metodologiyasına dair beynəlxalq təcrübə üzrə təhlillər apararaq təkmilləşdirməsinə dair təkliflər irəli sürmək olacaqdır.

Məsuliyyət:

  • Müvafiq təhsil müəssisələrinin akkreditasiyasını təşkil etmək;
  • Keyfiyyət təminatı prosesinin lisenziya və xarici qiymətləndirmə/akkreditasiya mərhələlərini təhlil etmək və bu proseslərə dair müvafiq metodologiya və qanunvericilik sahəsində təşəbbüslər irəli sürmək;
  • Xarici keyfiyyət təminatı metodologiyasına dair beynəlxalq təcrübə üzrə təhlillər aparmaq və yerli metodologiyanın təkmilləşdirməsinə dair təkliflər irəli sürmək;
  • Şöbənin işinin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin araşdırılması yönündə tədqiqat fəaliyyətini həyata keçirmək;
  • Sahə üzrə proseslərin optimallaşdırılması üçün mütəmadi olaraq rəhbərliyə təkliflər vermək;
  • Daxil olan müraciətlərləri müvafiq qanunvericiliyin tələbləri çərçivəsində cavablandırmaq;
  • Müvafiq sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini həyata keçirmək;
  • Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətləri həyata keçirmək və rəhbərliyin verdiyi digər müvafiq tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil;
  • Minimum 3 il peşəkar iş təcrübəsi;
  • İngilis dilində akademik səviyədə yazmaq, oxumaq və danışmaq, Rus dilində minimum orta səviyyədə yazmaq, oxumaq və danışmaq;
  • Azərbaycan dilində akademik yazı qabiliyyəti;
  • Microsoft Office proqramlarını istifadə bacarığı;
  • Monitorinq və analitik təhlil bacarığı;
  • Prezentasiya etmək qabiliyyəti;
  • Data analitika proqramlarından hər hansı birini yaxşı səviyyədə bilmək (“SPSS”, “Python”, “SQL”, “R” və s.) üstünlükdür;
  • Güclü şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
  • Koordinasiya etmək bacarığı;
  • Rəsmi sənədlərlə iş bacarığı;
  • Məsuliyyət, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

Üstünlüklər

  • Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
  • Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
  • Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00
Son müraciət tarixi: 28.10.2020

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini hr@tkta.edu.az elektron ünvanına mövzu yerinə “Aparıcı məsləhətçi” qeyd etməklə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...