Qeyri kredit satışına dəstək və nəzarət bölməsinin rəhbəri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Kapital Bank Qeyri kredit satışına dəstək və nəzarət bölməsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi məlumat

Kapital Bank namizədləri Pərakəndə Satış Departamentinin Qeyri kredit satışına dəstək və nəzarət bölməsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Bazar araşdırması edərək bazar tələbatını təhlil etmək, müştərilərin ehtiyac və istəklərini, rəqiblərin üstün və zəif cəhətlərini, yeni məhsul ideyalarını, biznes imkanlarını və ya məhsul çeşidlərini müəyyənləşdirmək;
  • Məhsulun spesifikasiyaları və tələblərini nəzərdən keçirərək rəqiblərin məhsulları ilə müqayisə edərək bazar rəqabətini qiymətləndirmək;
  • Bazardakı yeni trendləri təhlil etmək və ona uyğun müvafiq tədbirlər görmək;
  • YSB-lərin qeyri – kredit məhsul və xidmət satışının artırılması istiqamətində təkliflərinin təhlil edilməsi və aidiyyəti struktur bölmələrə tətbiq üçün ötürülməsi;
  • Cari qeyri –kredit məhsul şərt və tariflərinin yenilənməsi, həmçinin yeni qeyri-kredit məhsul və xidmətlərinin yaradılmasında aidiyyat struktur bölmələr ilə birlikdə iştirak;
  • Satışın stimullaşdırması planının hazırlanması və təkliflərin verilməsi;
  • Qısamüddətli və uzunmüddətli dövr üzrə məhsul və xidmətlərə müvafiq satış və gəlir proqnozlarının hesablanmasında, habelə YSB-lər üzrə satış hədəflərinin təyin edilməsində iştirak;
  • Məhsul və xidmətlər üzrə aidiyyati strukturlarla birlikdə qiymət, satış və kampaniya şərtlərinin müəyyən edilməsi;
  • Qeyri – kredit məhsul və xidmətlərin satışına maneələrin aşkarlanması və aradan qaldırılması istiqamətində işlərin aparılması;
  • YSB əməkdaşları tərəfindən bankdaxili xidmət və tarif şərtləri ilə bağlı daxil olan sorğuları cavablandırılması;
  • YSB –lərdə könüllü fəaliyyətinin təşkili və izlənilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan və rus dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığı, ingilis dili arzuolunandır;
  • Yüksək ünsiyyətqurma bacarıqları;
  • Kreativlik və təşəbbüskarlıq;
  • Komandanı effektiv idarəetmə bacarığı;
  • Dəqiqlik və operativlik;
  • Stressə davamlılıq və məsuliyyətllik;
  • Vaxtın idarə edilməsi.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Aparıcı Mühasib

INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

INEO Group

17.07.2025 - Bakı

500₼
Xəzinədar

Sağlam Ailə Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...

Sağlam Ailə

16.07.2025 - Bakı

500 — 600 ₼
1C Operator

Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...

Dashyunu.az MMC

16.07.2025 - Bakı

400 — 700 ₼
Mühasib – aktuar

Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...

Meqa Həyat Sığorta

16.07.2025 - Bakı

3000₼
Maliyyə Direktoru

Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

14.07.2025 - Bakı

1000₼
Baş Kredit Mütəxəssisi

Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

700₼
Aparıcı kredit mütəxəssisi

Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

Kredit Mütəxəssisi

Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Brand Credit BOKT

09.07.2025 - Bakı