Analitika şöbəsinin meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Kapital Bank Analitika şöbəsinin meneceri vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara qarşı diqqətlilik olmalıdır.

Ümumi məlumat

Kapital Bank namizədləri Pərakəndə Satış Departamentinin Analitika şöbəsinin meneceri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Data əsaslı fəaliyyət strategiyası və qərar qəbuletmə ilə bağlı təkliflər verir;
  • Data Analitikası sahəsində yeniliklərin izlənilməsini və innovasiyanın tətbiq olunmasını təşkil edir;
  • Müxtəlif sorğu və rəylərin hazırlanmasında iştirak edir;
  • Toplanmış məlumatların ümumi və keyfiyyət analizini təşkil edir, aparılmış analizlər əsasında hesabat və təkliflərin hazırlanmasını təşkil edir;
  • Statistik məlumatların toplanması istiqamətində təkliflər verir və icrasında iştirak edir
  • Dövri statistik icmalın hazırlanması, statistika üçün məlumatların toplanması və ümumiləşdirilməsində iştirak edir;
  • BI (Business Intelligence) texnologiyalarının tətbiq olunmasını, müvafiq sistemlərin qurulmasını təşkil edir və idarə edilməsində tirak edir;
  • Mövcud hesabatların və BI həllərin işləkliyinə nəzarət edir. Əgər uyğunsuzluq olarsa, operativ olaraq müdaxilə edir, problemin həllini təmin edir;
  • Hesabatların düzgünlüyünə nəzarət edir, onların sürətli və effektiv işləməsini təmin edir;
  • Deskriptiv, Diaqnostik və Prediktiv hesabatların və təhlillərin hazırlanmasını, qərar qəbuletməyə təsir edəcək hesabat və rəylərin formalaşdırılması və təqdim olunmasını təşkil edir;
  • Fəaliyyət istiqaməti üzrə şöbəyə daxil olan müraciətləri araşdırır və cavablandırılmasını təmin edir;
  • Şöbənin işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir və rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir;

Tələblər:

  • Dəqiqlik, detallara qarşı diqqətlilik;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
  • Fundamental statistika biliyi (deskriptiv analiz, hipotez testi, reqressiya analizi və s.);
  • Yüksək səviyyədə Microsoft Excel üzrə biliklər;
  • İri həcmli məlumat bazası və SQL sorğu dili ilə işləmək bacarığı;
  • Vizuallaşdırma alətlərindən ən azı biri ilə işləmə bacarığı;
  • Data analitika alətlərindən (Python, R, və s.) ən azı biri ilə işləmə bacarığı.

Təhsil / İxtisas / Təcrübə

  • İnformatika, riyazi və ya iqtisadi sahədə ali təhsil
  • İqtisadi sahə üzrə ixtisas arzuolunandır

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə