Təmizlikçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 400-500 AZN. Herra Təmizlik təmizlikçi vəzifəsi üzrə vakansiya elan edir. İşə planlı yanaşmağı bacarmalıdır.

Vəzifə funksiyaları:

  • Göndərildiyi iş yerinin(evin, mənzilin) daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə normalarına, sanitar-gigiyena rejiminə uyğun olaraq xidməti otaqların, dəhlizlərin, pilləkənlərin, sanitariya qovşaqlarının və ona təhkim olunan başqa sahələrin təmizlənməsi.
  • Tozun alınması, əllə və ya maşın və mexanizmlərin köməyi ilə divarların, döşəmənin, pəncərə çərçivələrinin, şüşələrin və güzgülərin, mebel və xalça məmulatlarının süpürülüb silinməsi və yuyulması.
  • Döşəmələri (qranit, mərmər, laminat, parkеt, kеramik plitə, хalça və s.)təmizləyərkən, səthlərdən ləkə və tozların silinməsi və yuyulması zamanı ehtiyyatlı olmaq və zəələnmələrə yol verməmək.
  • Duş qurğularının, kranların, duş süzgəcləri torunun, pilləkən qəfəsinin, pəncərələrin təmizlik vəziyyətinə nəzarət edilməsi.
  • Zibil qablarının təmizlənməsi, dezinfeksiya məhlulu ilə yuyulması, zibilin yığılması və ona ayrılmış yerlərə aparılması.
  • Yuyucu və dezinfeksiya vasitələrinin tətbiqi ilə mətbəxdə çirkli qablarının, tabaqların və inventarların əlnən və ya maşın vasitəsi ilə yuyulması, qab-qacağın və alətlərin silinməsi və qurudulması.
  • Tabə olduğu rəhbərindən, təmizlik parçalarını, təsərrüfat inventarını və təmizləyici-yuyucu vasitələrinin alınması və onların düzgün saxlanılması və istifadə olunması.
  • Dərman, alət və avadanlıqların daşınması, işlədilməsi və saxlanılmasını təlimata uyğun həyata keçirilməsi.
  • Su təchizatı, kanalizasiya sistemlərində və elektrik cihazlarında olan nasazlıqlar barədə vaxtında rəhbərinə məlumat verilməsi.
  • Xüsusi yazılarla təchiz olunmuş xəbardaredici lövhələrlə işlədiyi yeri çəpərləmək.
  • Təmizlik zamanı müştərilərin şəxsi əşyalarına toxunmamaq.

Tələblər:

  • Sanitariya və gigiyena qaydalarını ciddi əməl etməli, təmizləyici-yuyucu vasitələrin, dərmanların və kimyəvi əlavələrin təyinatını və onlardan istifadə qaydalarını bilməlidir;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə normaları, sanitar-gigiyena qaydaları barədə məlumatı olmalıdır;
  • Təmizlik işləri üzrə minimum 1 il iş təcrübəsi;
  • Yaş həddi: 20 – 40;
  • İşə planlı yanaşmağı bacarmalıdır;
  • İşdə dəqiq və məsuliyyətli olmalıdır;
  • İş vaxtı: Qanunvericiliyə uyğun;
  • İş yeri: Bakı şəhəri, Caspian Sport Plaza 908b.

Subject bölməsində “TƏMİZLİKÇİ” vakansiyası üçün müraciət olunduğunu qeyd edin.
e-mail: info@herra.az

Oxşar vakansiya siyahısı:

Fəhlə

CMT Group MMC Fəhlə üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

450₼
Xadimə

CMT Group MMC Xadimə üzrə vakansiya elan edir. ...

CMT Group MMC

24.04.2024 - Bakı