Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azinko Development MMC Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.
Əsas vəzifələr:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini və ona nəzarəti
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkili
- Mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin
- Mühasibatlıq şöbəsini idarə etmək və öz tabeliyində olan bütün mühasibatlıq əməkdaşlarının vəzifə və öhdəlikləri haqqında ətraflı məlumatlara malik olmaq.
Tələblər:
- Mühasibat uçotu üzrə ali ixtisas təhsili və maliyyə-mühasibat işi üzrə 5 ildən az olmayaraq iş stajı.
- 1C mühasibatlıq proqramını tam bilməli
- Vergi uçotunun bilməsi və vergi hesabatlarının tərtibatı təcrübəsi.
- İFC standartlarını bilməli
- Xarici dil biliklərinə malik olmalı (İngilis,Rus və s.)
- Yaş həddi 35-50
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşdirmə
- 6 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən verilir
Seçilmiş namizədlər xüsusi təlim keçəcəklər.
Namizədlərdən 3×4 ölçüdə şəkil əlavə olunmuş tərcümeyihalını (CV) kamran.orucov@daax.az ünvanına göndərməyinizi və electron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını göstərməyinizi xahiş edirik.
Yalnız tərəfimizdən seçilən namizədlər ilə əlaqə yaradılacaqdır.
Oxşar vakansiya siyahısı:
Palıd-2015 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşünmə və analiz qabiliyyəti olmalıdır. Nahar şirkət tərəfindən verilir. ...
PASHA Insurance Vergilər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...