Baş Mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Ricon MMC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dilinii bilməsi mütləqdir.

 Vəzifə öhdəlikləri:

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarəti
  • mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarəti
  • əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
  • Maliyyə nizamına ciddi əməl edilməsini, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edilməsi
  • İllik hesabatların daxili və xarici audit tərəfindən yoxlanması üçün hazırlıqların görülməsi.
  • Yerli mühasibat uçotu qanunvericiliyinə görə maliyyə hesabatlarının tərtib edilməsi
  • Müəssisənin fəaliyyəti ilə bağlı Dövlət Qurumları , Qeyri dövlət qurumları ilə işləmlərin aparılması.
  • Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması
  • Vergi orqanları ilə yazışmalar
  • Vergi və mühasibat uçotunun aparılması
  • Əmək haqqı hesablanması
  • Əməliyyatların 1C proqramında işlənməsi
  • Vergi hesab fakturaların yazılması
  • Bank və kassa əməliyyatları
  • Daxili mühasibatlıq işlərini görə bilən (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və.s)
  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması

Namizədə tələblər:

  • Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
  • 28-45 yaş həddi
  • Minimum 3 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi
  • Kompüter bilikləri – MS office
  • Vergi Məcəlləsi üzrə mükəmməl biliklər
  • Beynəlxalq mühasibatlıq bilgiləri olan (ACCA sertifikatı olması əlavə üstünlükdür);
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • MS Office, 1C, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilməli;
  • Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə
  • İş qrafiki: Həftədə 6 gün, I-V gün 09:00-dan 18:00-dək, VI gün 09:00-dan 14:00-dək
  • Əmək haqqı razılaşma yolu ilə

 

Vakansiya uyğun namizədlərdən cv-ləri vakansiyanın adını qeyd etməklə hr@ricon.az email ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə qəbul olunmayacaq.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə