Qısa məzmun
Ə/h 400 AZN. Soliton Mağazalar Şəbəkəsi Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan və rus dilini bilməlidir.
İş barədə məlumat:
- Reklam materiallarının (kataloq, jurnal, firma blankı, logo, buklet, flayer, vizit kart, təqvim və s.) dizayn olunması
- Korporativ tədbirlərin təşkilində bütün dizayn işlərinin təşkil olunması
- Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi
İş şəraiti
- Əmək haqqı: 400 AZN (ilkin olaraq)
- 6 günlük iş qrafiki
- İş saatı: 9:00-dan 18:00-dək (Şənbə günü 9:00-dan 15:00-dək)
- Yemək şirkət tərəfindən təmin edilir
- AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- İş yeri: ”20 Yanvar” MS yaxınlığında
Namizədə tələblər:
- Ali təhsilli olmalı
- Reklam sahəsində ən azı 2 il iş təcrübəsi olmalı
- Adobe PhotoShop, CorelDraw qrafik proqramlarında çalışma bacarığı
- Azərbaycan və rus dilini bilməli
- Kreativ düşüncə, yaradıcı yanaşma və fikir müstəqilliyi olmalı
- Kollektivlə işləmə bacarığı
- Yaş həddi: 22-32
- Portfolio-nun olması mütləqdir
Oxşar vakansiya siyahısı:
Qrafik dizayner
İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
3D dizayner
3D Dizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...
Sosial Media üzrə Qrafik Dizayner
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...