Reklam ustası
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 600-700 AZN + Bonus. Tac Reklam Group Reklam ustası üzrə vakansiya elan edir.

Şirkət haqqında : 2012 – ci ildən fəaliyyətə başlayan “Tac Reklam Group” çöl reklamı və sərgi stendlərinin istehsalı üzrə aparıcı şirkətdir. Əsas iş prinsipimiz – dəqiq, məsuliyyətli, operativ, peşəkar və keyfiyyətli bir şəkildə istehlakçılara yüksək xidmət göstərməkdir. Şirkətimizin əsas məqsədi hər bir istehlakçının fərdi zövqlərini nəzərə alaraq onun biznesinin kreativ və innovativ bir şəkildə maksimum tanınmasını, loyallığını və marağını təmin etməkdir. Ən son texnoloji avadanlıqlar və yeniliklərdən istifadə edərək istehlakçılara xidmət etmək bizim əsas missiyamızdır. Yüksək ixtisaslı heyətdən ibarət komandamız ilə yüzlərlə layihəni uğurla həyata keçiririk. Münasib qiymət, yaranmış problemlərin qısa zamanda həlli, sürətli çatdırılma və deadline riayəti şirkətimizin əsas üstünlüklərindəndir. Şirkətimizin xüsusi zövq və fərdi dizayn prinsipi ilə hazırladığı məhsullar nəinki Bakı şəhərində, həmçinin Azərbaycanın müxtəlif regionlarında da  nümayiş etdirilir.

Əsas vəzifə öhdəlikləri :

  • Daxili və çöl reklamlarının hazırlanması;
  • Pilonların, yol kənarı reklamların hazırlanması;
  • İşıqlı və işıqsız qabarıq hərflərin, reklam qutularının yığılması;
  • Avtomobillərin üzərinə vinil montajı;
  • Stendlərin yığılması (dəmir profil, MDF, laminat materiallar);
  • Vinil və Baner materialının montajı.

Tələb olunan bilik və bacarıqlar :

  • Orta və ya orta ixtisas təhsilli;
  • Reklam şirkətlərində 1 ildən 3 ilədək iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl bilməsi (Rus dili biliyi arzu olunandır);
  • Reklam materiallarının hazırlanması üçün elektrik işlərini bilməli;
  • Qaynaq və boya işlərini bilməli;
  • Çertyojlarla bağlı anlayışı olmalı, ölçü götürməyi bacarmalı;
  • Layihəyə, verilmiş iş sxeminə uyğun çöl reklamlarını hazırlaya bilən;
  • Smeta tərtib etməyi bacarmalı;
  • Dəqiq, məsuliyyətli, komandada işləmək bacarığı;

İş şəraiti:

  • İş rejimi : Həftədə 6 gün;
  • İş qrafiki : Həftə içərisi 1-5ci günlər saat 09:00-18:00, şənbə 10:00-16:00;
  • İstirahət : Bazar və bayram günləri;
  • Əmək haqqı : 600 – 700 Azn (təcrübəyə əsasən) + aylıq bonus.

Göstərilən tələblərə uyğun namizədlər “mövzu” hissəsində “Reklam ustası” qeyd etməklə öz CV-lərini hr@tacreklam.az ünvanına göndərməyi xahiş olunur. Şəkilsiz göndərilən CV-lərə baxılmayacaq.

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl