Energetik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 400 AZN. Azərpambıq ASK MMC Energetik vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahədə minimum 5 il təcrübə tələb olunur.

Tələblər:

  • Təhsil dərəcəsi:Bakalavriat (energetika sahəsi üzrə ali təhsil),
  • Komyüter bilikləri:MC Office,
  • Dil bilikləri:Azərbaycan dili -əla (rus,ingilis dili arzuolunandır)
  • Təcrübə:Müvafiq sahədə minimum 5 il
  • Yaş həddi:30-50
  • Əmək haqqı: 450

Vəzifə öhdəlikləri:

  • Zavodun enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsini həyata keçirmək
  • Ehtiyat hissələrinin və materialların, avadanlıqların tələbatına əsasən zavodun enerji təsərrüfatını təmin etmək
  • Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək
  • Enerji qurğularının və enerji avadanlıqlarının əsaslı təmirini təmin etmək
  • Yeni istifadəyə verilmiş sexlərin elektrik avadanlıqlarının prinsipial sxemlərini öyrənmək
  • Yeni texnika üzrə tədbirlərin, enerji ehtiyatlarının səmərəli istifadə edilməsi, verilmiş miqdarda qüvvə əmsalını saxlamaq, enerji ehtiyatlarının sərf etmə balansının hazırlanmasını təşkil etmək
  • Vahid məhsulun enerji ehtiyatlarının sərf edilməsinin xüsusi normasını və enerji ehtiyatından səmərəli istifadə edilməsinə nəzarət etmək
  • Ehtiyat hissələrinin və elektrik avadanlıqlarının alınması ilə əlaqədar maliyyə sənədləri hazırlayıb rəsmiləşdirmək
  • Zavodun elektrik avadanlıqlarının xidmətinin təhlükəsiz istismarını təmin etmək
  • Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək
  • Elektrik avadanlıqlarının carı və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsinə nəzarət etmək
  • Zavodda işləyən sex və sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək
  • Zavod üzrə və həmçinin ayrı-ayrı sexlər üzrə vahid məhsula düşən elektrik enerjisinin, yanacağın norması və istehlak planlarının və balanslarının plan şöbəsi ilə birlikdə hazırlanıb rəhbərliyin təsdiqinə təqdim etmək;
  • Normativ sənədlər üzrə biliklər və onların tətbiqi

Uyğun namizədlərdən cv-lərini hr@azercotton.com mail ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız bölgələr üzrə (Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Salyan, Sabirabad, Saatlı, Şirvan, Tərtər)

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı