Qısa məzmun
Imza Group 5-11ci sinif məktəb fənnləri üzrə müəllim vəzifəsi üzrə vakansiya elan edir
“İMZA Group” MMC (İMZA EDU) tədris mərkəzi 2023-2024 tədris ili üçün 5-11ci sinif məktəb fənləri üzrə müəllimlərin (Azərbaycan və Rus bölmələri) işə qəbulunu elan edir.
İşəqəbul aşağıdakı fənlər üzrə həyata keçiriləcək:
- Azərbaycan dili (azərbaycan bölməsi)
- Riyaziyyat (rus və azərbaycan bölməsi)
- İngilis dili (rus və azərbaycan bölməsi)
- Azərbaycan dili (rus bölməsi üçün)
- Rus dili (rus bölməsi üçün)
Minimum Vakansiya Tələbləri:
- Sahə üzrə minimum 1 il pedaqoji təcrübə
- Müvafiq sahə üzrə bakalavriat dərəcəsi;
- Müasir Təlim Texnologiyalarından və proqramlardan istifadə bacarıqları/
- İKT bacarıqları (MS Office, email, internetdə araşdırma və s.)
Əsas Vəzifələr:
- Milli Kurikulum (DİM proqramı) istiqamətində dərsləri təşkil etmək
- Dərs proqramını və test taprışıqlarını hazırlamaq
- Fənnin tədrisi ilə bağlı hesabatları hazırlamaq
- Müasir Təlim Texnologiyalarından və proqramlardan istifadə bacarıqlarının dərslərdə və dərslərə hazırlaşma mərhələlərində tətbiq etmək
- Şagirdlərin fərdi potensial və səriştələrini üzə çıxarmaq üçün onlara həvəsləndirici və öyrədici mühit yaratmaq
- Tədris mərkəzinin təlim-tədris və sosial fəaliyyətlərinə töhfə verməsi
Namizəddə Axtarılan Xüsusiyyətlər:
- Şagirdlərlə fərdi və qrup şəklində işləmə həvəsi və bacarığı
- Pedaqoji kollektivlə işləmə bacarığı
- Pozitiv və effektiv ünsiyyət bacarıqları
- Özünü daim inkişaf etdirmə və öyrənmə istəyi
İş Qrafiki:
- 9:00-dan 21:00-dək; (Dərs saatlarına uyğun olaraq)
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq tədris etdikləri fənni (məs. riyaziyyat müəllimi rus bölməsi) qeyd etmələri xahiş olunur
Yalnız imtahanı uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.
Son müraciət tarixi: 15 aprel 2023.
Oxşar vakansiya siyahısı:
Oxford College Language and Business School TOEFL müəllimi vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Code Academy Təlim və inkişaf üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Code Academy Təhsil Koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. Təhsil sahəsində iş təcrübəsi üstünlükdür. ...
Location: YARAT Contemporary Art Center Reports to: Director. Key Accountabilities: Develop, plan and supervise implementation of education mission, goals Develop, monito ...
Osmanbəyli Akademiya Rus dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir. ...
Türk dünyası Atatürk liseyi Psixiloq vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Enverson Colleges English Instructor vəzifəsi üzrə vakansiya elan edir. ...
Home School evdə təhsil şirkəti Rus və İngilis dili (Rus bölməsi) MÜƏLLİM VAKANSİYASI elan edir. ...
Missiya Təhsil Şirkətinin müəllim vəzifəsi üzrə vakansiya elan edir. ...