Qısa məzmun
3D vizayner vəzifəsi üzrə vakansiya elan edilir.
NYS, proqram təminatı hazırlanması və machine learning sahəsində yenilik və mükəmməlliyə sadiq, irəlini düşünən texnoloji şirkətidir. Hazırda komandamıza qoşulmaq üçün peşəkar 3D dizayner axtarırıq!
Vəzifələr:
- 3D modellərin və animasiyaların yaradılması
- Vizuallaşdırma və render proseslərinin idarə edilməsi
- Qrafik dizayn işlərinin icrası (təqdimatlar, bannerlər, posterlər, sosial media postları və s.)
- Layihələrin tələblərinə uyğun olaraq kreativ həllər təqdim etmək
- Komandada digər dizaynerlər və marketinq mütəxəssisləri ilə əməkdaşlıq
Tələblər:
- 3D modelləşdirmə və animasiya sahəsində təcrübə (Maya, Blender və ya digər oxşar proqramlarda)
- Qrafik dizayn bacarıqları (Adobe Photoshop, Illustrator və ya digər qrafik proqramlarda)
- Yaradıcı düşüncə və yüksək detallara diqqət
- Mükəmməl vizual anlayış və rəng qamması üzrə biliklər
- Müxtəlif layihələr üzrə təcrübə və portfolionun təqdim edilməsi
- Komanda ilə effektiv iş bacarığı və vaxtın idarə edilməsi bacarıqları
Sahə üzrə iş təcrübəsi:
- 3D sahəsi üzrə ən azı 2 il stabil təcrübə
- Keyfiyyətli portfolionun olması
Maraqlanan namizədlərdən xahiş olunur ki, məktubun mövzu hissəsində 3D dizayner vakansiyasını qeyd etməklə CV-lərini cv@nys.az ünvanına göndərsinlər.
Oxşar vakansiya siyahısı:
Sosial Media üzrə Qrafik Dizayner
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...
Sosial Media Marketinqi üzrə Mütəxəssis
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...