Qısa məzmun
Ə/h 1200-1500 AZN. Zeytun Pharmaceuticals1C üzrə proqramçı vəzifəsi üzrə vakansiya elan edir. Rus dili bilikləri tələb olunur.
Tələblər:
- Ali təhsil (texniki təhsil arzu olunandır);
- Azərbaycan və Rus dili bilikləri;
- İngilis dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi);
- 1С v.8.2 /8.3 proqramlaşdırma sahəsində ən azı 3 il iş təcrübəsi olmalıdır;
- İşə planlı yanaşma bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Komandada iş qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Programda yeni sənədlərin və hesabatların hazırlanması;
- Mövcud olan sənədlərin, hesabatların, mühasibatlıq, əməliyyat və idarəedici uçotun yenilənməsi;
- Cari konfigurasiyada tələblərə uyğun düzəlişlərin aparılması, yeni funksionalın yaradılması, hesabat formaların, çap formaların yaradılması.1C serverin işlənməsinin təmin edilməsi;
- Məlumatların işlənməsi və yoxlanılması. Məlumat səhvlərin tapılması və aradan qaldırılması;
- Mobi – C-in tətbiqi ilə iş bacarığı;
- Yazılmış kodlarda səhvlərin aradan qaldırılması, yad kondları anlama bacarığı;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 6 günlük iş qrafiki;
- Əmək haqqı 1200-1500 manat;
- Karyera yüksəlişi imkanı;
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz
Oxşar vakansiya siyahısı:
Java backend developer (Middle)
Expressbank ASC Java backend developer (Middle) vəzifəsi üzrə vakansiya elan edir. ...
Proqramçı
Do IT MMC Proqramçı vəzifəsi üzrə vakansiya elan edir. ...