Qısa məzmun
Sophie Couture 1C üzrə operator vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- 1C proqramında mühasibat uçotu və əmək haqqı hesablanmasının, avtomatlaşdırılmasının tətbiqi
- Şirkətə daxil olan e-qaimələrin yoxlanması və təsdiqlənməsi
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köcürülməsi
- Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb işlənməsi
- Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
- Gündəlik və aylıq hesabatların tərtib edilərək hesablar planına uyğun müxabirləşmələr edilməsi
- Kreditorlar və debitorlarla üzləşmələrin analizlərin edilməsi
- Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks etdirmək
- Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Maliyyə və mühasibatlıq direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
Namizəddə tələblər:
- Müvafiq sahədə təcrübə: 1-3 il
- Təhsil: Ali təhsil
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili
- Qadın namizəd
İş şərtləri:
- 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə)
- İş saatı 9:00 –dan 18:00 -dək
- Əmək haqqı 500 AZN
Namizədlər CV –ni elektron məktubun mövzu bölməsində “1C operator” qeyd etməklə müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...