Qısa məzmun
Blue Fire İnternational 1C satış operatoru vəzifəsi üzrə vakansiya elan edir. Problemləri həll etmə bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Mal satandan malın olub-olmadığını və qiymətini araşdırmaq, sistemə daxil etmək
- İdxal olunan malların maya dəyərini hesablamaq və sistemə daxil etmək
- Fakturaların qeydiyyatı
- Satış sənədlərində məlumatların düzgünlüyünü yoxlamaq
- Yeni müştəriləri sistemə əlavə etmək
- Malların hərəkəti barədə sənədlərdəki məlumatların düzəldilməsi
- Anbar qalıqlarının uzlaşdırılması və malların hərəkəti barədə hesabatların hazırlanması
- İlkin mühasibat sənədlərinin hazırlanması
- Məlumatların verilənlər bazasına daxil edilməsi
- Satış nümayəndələrinə hesabatların çap edilməsi və verilməsi
- Üzləşmə aktlarının hazırlanması
- Debitor və kreditor borc üzrə hesabatların hazırlanması
Namizədə tələblər:
- Müvafiq sahədə təcrübə: 1 il
- Təhsil: Ali təhsil (Maliyyə və İqtisadiyyat)
- Dil bilikləri: Azərbaycan, Rus dili
- 1C 8.3 proqramında iş təcrübəsi
- Etibarlı istifadəsi: Microsoft Excel, Word
- Əzmkarlıq, stresə davamlı və komandada işləmə bacarığı
- Problemləri həll etmə bacarığı
- Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi
- Rərbərliyin və mühasibin tapşırıqlarını vaxtında yerinə yetirmək
İş şərtləri:
- 5 günlük iş həftəsi
- İş saatı 9:00 –dan 18:00 -dək
- İstirahət: Şənbə və bazar günləri
- Əmək haqqı : Namizədin biliyinə və təcrübəsinə əsasən müsahibə zamanı müəyyənləşəcək.
- İş yeri: Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi (Servis var).
Zəhmət olmasa, CV-nizi e-poçt mövzu sətrində “1C Satış operatoru“ yazaraq e-mail ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...