1C proqramçı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Embawood 1C proqramçı vəzifəsi üzrə vakansiya elan edir. Rus dillərini mükəmməl səviyyədə bilməlidir.

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 24 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

Vəzifə adı: 1C proqramçı

İş qrafiki : 5 günlük / saat 09:00 – 18:00

Işin təsviri :

  • Şirkətin 1C istifadəçilərinin sistemdə rastlaşdıqları problemlərinin həll edilməsi.
  • Yeni istifadəçi adının yaradılması və lazımi hüquqların verilməsi
  • 1C proqramında administrativ işlərin görülməsi
  • Şirkətin xaricdə yerləşən fabrik əməkdaşlarına (1C istifadıçiləri) dəstək verilməsi və administrativ işlərin görülməsi
  • 1C konfiqurasiyasında sadə hesabatların yazılması
  • 1C konfiquratorundakı obyektlərin nəyə xidmət etməsini müəyyən edilməsi
  • İstifadəçilərin problemlərinin analizi və köməklik göstərilməsi

Tələblər :

  • Müvafiq sahədə ali təhsili
  • Azərbaycan, Rus dillərini mükəmməl səviyyədə bilməli
  • 1C proqramçı vəzifəsində ən azı 3 il iş təcrübəsi
  • 1C platformasının 8.0 və yuxarı versiyalarında işləmə qabiliyyəti
  • 1C proqramlaşdırma dilini bilməsi namizədə üstünlük veriləcək
  • Ezamiyyətlərə getmə imkanı

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “ 1C proqramçı ” qeyd edib bu ünvana göndərəsiniz career@embawood.com

Oxşar vakansiya siyahısı:

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı