1C Operator Mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Small Medium Enterprises şirkəti 1C Operator Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

Avropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Small Medium Enterprises» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatında, marketinq və bazar araşdırılması aparılmasında, iqtisadı-hüquqi, sahibkarlara və sahibkar qurumlarına məsləhət (konsaltinq) xidməti göstərir. Şirkət haqqında ətraflı məlumat – smeltd.az   Ünvan: Yasamal ray., Akim Abbasov 1C, 15B.

  • 1C proqramında mühasibat uçotu və əmək haqqı hesablanmasının avtomatlaşdırılmasının tətbiqi
  • Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili
  • Şirkətə daxil olan e-qaimələrin yoxlanması və təsdiqlənməsi
  • Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köcürülməsi
  • Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb işlənməsi
  • Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi
  • Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
  • Gündəlik və aylıq hesabatların tərtib edilərək hesablar planına uyğun müxabirləşmələr edilməsi
  • Kreditorlar və debitorlarla üzləşmələrin aparılması
  • Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi
  • Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks etdirmək
  • Yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
  • Maliyyə və mühasibatlıq direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
  • İş qrafiki: 6 günlük iş qrafiki
  • 1-5ci günlər : 09:00-dan 18:00-dək, 6ci: 10:00-dan 13:00-dək
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı: minimum 500 AZN
  • Karyera yüksəlişi imkanı.

Namizədə tələblər:

  • İş təcrübəsi: müvafiq sahədə ən azı 1-3 illik iş təcrübəsi
  • Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
  • Təlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür
  • AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli
  • Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rus və ingilis dili -orta
  • Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C (8.2, 8.3) proqramını yüksək səviyyədə bilmək
  • Fərdi keyfiyyət tələbləri: Yüksək analitik qabiliyyətə malik olmaq; Peşəsinə yüksək motivasiya ilə yanaşma;
  • Araşdırma qabiliyyəti, özünü inkişaf etdirməyə meyillilik; Fərdi və komanda da işləmə bacarığı;
  • Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq; Detallara qarşı diqqətlilik və məsuliyyətlilik; Verilmiş tapşırıqları vaxtında icra etmək

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hr@smeldt.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın “1C operator” adını qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

14.08.2025 - Bakı

600 — 800 ₼
Mühasib

Business Service Centre LTD Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Business Service Centre LTD

11.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

07.08.2025 - Bakı

Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis

Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Premium Bank

24.07.2025 - Bakı

Aparıcı Mühasib

INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

INEO Group

24.07.2025 - Bakı

Aparıcı Mühasib

INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

INEO Group

17.07.2025 - Bakı

500₼
Xəzinədar

Sağlam Ailə Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...

Sağlam Ailə

16.07.2025 - Bakı

500 — 600 ₼
1C Operator

Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...

Dashyunu.az MMC

16.07.2025 - Bakı

400 — 700 ₼
Mühasib – aktuar

Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...

Meqa Həyat Sığorta

16.07.2025 - Bakı