Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil
- SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3-5 il iş təcrübəsinin olması;
- SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;
- Yüksək səviyyədə texniki (kompyüter) bacarığı (MS Windovs, MS Office, 1C – və s)
- Azərbaycan dilini səlis bilməli.
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
Vəzifə öhdəlikləri:
- Müəssisədə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi;
- İşəgötürənə və işçilərə əməyin mühafizəsi üzrə məsləhətlər vermək;
- Müəssisədə baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətinin təhlil edilməsi;
- Müəssisədə bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hzırlamaq və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq;
- İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar edilməsi;
- Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət;
- Əməyin mühafizəsi işçilərinin gündəlik işlərinə nəzarət. Yeni işə qəbul olunanlarla əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçirmək; .
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Həftədə 6 iş günü.
- Nahar şirkət tərəfindən təmin olunur.
- Əmək haqqı: 1500-2000 azn.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Oxşar vakansiya siyahısı:
İnşaat işləri üzrə sahə rəisi
Facility Management Group İnşaat işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir ...