Əməliyyatçı – Mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

BERC Group Əməliyaytçı – Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Korporativ nömrə və danışıq paketi ilə təmin olunacaqdır.

BERC Group MMC Vergi və maliyyə xidmətləri şöbəsinin əməliyyatçısı (əməliyyatçı mühasib) vakansiyası üzrə işə qəbul elan edir.

İş barədə məlumat:

  • Müəssisələrin onlayn kargüzarlıq və şəxsi hesab vərəqələrinə gündəlik nəzarətin edilməsi
  • Müqavilə, hesab-faktura, üzləşmə aktı və digər sənədlərin hazırlanması
  • Elektron qaimələrin yazılması
  • Ölkədaxili və ölkəxarici bank köçürmələrinin həyata keçirilməsi
  • Elektron qaimə və idxal bəyannaməsinə əsasən anbar uçotunun aparılması
  • Müəssisələrin idxal və ixrac əməliyyatlarının izlənilməsi
  • Müəssisələrdə debitor, kreditor və avansların uçotunun aparılması
  • Müəssissələrlə bağlı olan əməliyyatların vaxtında və düzgün şəkildə 1 C proqramına işlənilməsi.
  • Xidmət göstərilən müştərilərə və rəhbərə müvafiq hesabatların verilməsi
  • Texniki əməliyyatlar üzrə müştərilərin sorğularının cavablandırılması

Vəzifəyə dair tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil
  • Analoji sahə üzrə minimum 1 il təcrübəyə malik olması; (konsaltinq təcrübəsi üstünlükdür)
  • Yaş: 22-35 yaş;
  • Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması
  • 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələri haqqında məlumatlı olmaq
  • Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes və s.) ;

Bacarıq və səriştələr

  • Ünsiyyətcil olmalı;
  • Komanda ruhlu olmalı;
  • Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
  • Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
  • Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.

BERC Group MMC sizə nə vəd edir?

  • Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi
  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı
  • Rəqabət qabiliyyətli əmək haqqı
  • Korporativ nömrə və danışıq paketi
  • İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;
  • Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV – lərini 31.05.2022-ci il tarixinədək hr@bercgroup.az elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “əməliyyatçı mühasib” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez imtahan təşkil edilə bilər.

Şirkət haqqında

İdarəetmə (Private Equty Firm) və çoxsahəli konsaltinq şirkəti olaraq BERC Group MMC  2016 – cı ildə təsis olunub. Şirkət müəssisələrin və layihələrin idarəedilməsi xidməti, fərdi sahibkarlara və şirkətlərə vergi-maliyyə, insan resursları, gömrük, logistika, hüquq, digital marketiq istiqamətləri üzrə çoxşaxəli məsləhət xidmətləri göstərən bir şirkətdir.

Veb sayt :      www.bercgroup.az

Ünvan: Bakı şəh, Nəsimi rayonu,Tbilisi prospekti, 3007-ci məhəllə,44C

Əlaqə nömrəsi: +994 12 555 14 85, +994 50 555 14 85

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı