Qısa məzmun
KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Cəlilabad şəhərində yerləşən filialı üçün Əməliyyatçı-Mühasib vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Müştərilər barədə Məlumat informasiya sistemindən məlumatların əldə edilməsi;
- Kredit ödənişlərinin vaxtında ödənilməsinin yoxlanmasına nəzarət etmək;
- Tələb olunan müqavilələrin hazırlanması;
- Daxil olan zəngləri qəbul etmək və cavablandırmaq;
- Müvafiq sənədlərin, məktubların qəbul edilməsini və göndərilməsini təmin etmək;
- Ofisdə kargüzarlıqla bağlı bütün işlərin yerinə yetirmək;
- Ofisdə işləyən əməkdaşlara müvafiq inzibati köməklik göstərmək;
- Kredit sənədlərin arxivləşdirilməsi və qorunmasını təmin etmək.
Tələb olunan keyfiyyətlər:
- Ali və ya orta ixtisas təhsili;
- Yaşayış yeri: Cəlilabad ərazisi;
- Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 1 (bir) il iş təcrübəsi.
- Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
İş şəraiti:
- İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
- Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Əməliyyatçı, Cəlilabad) qeyd etməklə göndərmələri xahiş olunur.
- KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...