Əməliyyat və Tənzimləyici Risklərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Əməliyyat və Tənzimləyici Risklərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifənin məqsədi

Təşkilati və əməliyyat risklərinin aşkarlanması, qiymətləndirilməsi, ölçülməsi və qərarların qəbul edilməsinə cavabdehlik. Təşkilati və əməliyyat riskləri çərçivəsinin təkmilləşdirilməsi üçün zəruri layihələrin aparılması və fəaliyyətlərdə iştirak.

Vəzifə öhdəlikləri:

  • Bütün səviyyələrdə bank üçün xarakterik risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi
  • Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və aktiv idarə edilməsi (1-ci müdafiə səviyyəsi ilə iş)
  • Əməliyyat risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət
  • Bankın fəaliyyətini əhatə edən bütün proseslərə, məhsul və xidmətlərə, habelə digər normativ sənədlərə rəy verilməsi
  • Adekvat risk idarəetməsinin təmin edilməsi üçün sığorta proqramının təmin edilməsi və ona nəzarət
  • Bankdaxili səlahiyyətlərin nəzarəti
  • Bankın müvafiq funksiyaları üçün zəruri tədrisin təmin edilməsi/ Risk mədəniyyətinin inkişaf etdirilməsi
  • Bank üzrə əməliyyat itkiləri bazasının toplanması, ssenari modelləşdirməsi və stress testlərin keçirilməsi
  • Əməliyyat risklərinin idarə edilməsi üzrə daxili qaydaların, proseslərin və digər normativ sənədlərin yazılması, dövri nəzərdən keçirilməsi və yenilənməsi
  • Əməliyyat riski iştahasının və hədlərinin müəyyənləşdirilməsi və monitorinqi, müvafiq bizneslərə onlar barədə məlumatın çatdırılması
  • Bankda dələduzluq hərəkətlərinin aşkarlanması
  • Dövri hesabatlığın hazırlanması

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
  • İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Lisenziya/ Sertifikat: Maliyyənin modelləşdirilməsi, CFA (Sertifikatlaşdırılmış maliyyə təmsilçisi), ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə sertifikata üstünlük verilir
  • Xarici dil: İngilis dili (səlis)
  • Kompüter bilikləri: Microsoft Office

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Əməliyyat və Tənzimləyici Risklərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı