Əməliyyat risklərinin idarə edilməsi şöbəsində Aparıcı / Baş mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Yelo Bank Əməliyyat risklərinin idarə edilməsi şöbəsində Aparıcı / Baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsində Aparıcı / Baş mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Risk_Əməliyyat” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Risklərin idarə edilməsi departamenti / Əməliyyat risklərinin idarə edilməsi şöbəsi
Vəzifə: Aparıcı / Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru / Şöbə müdiri

Vəzifə öhdəlikləri:

  • Starteji hədəflərə gedən yolda yarana biləcək potensial əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verir və qərarların qəbul edilməsində iştirak edir;
  • Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların tplanması və analizlərin həyata keçirilməsi;
  • Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
  • Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
  • Müəyyən edilmiş riskləri azaltmaq üçün tədbirlər planını hazırlamaq, müvafiq kollegial orqanda təsdiqləməq və müvafiq strukturlarla ilə müzakirə edərək icrasını davam etdirmək;
  • Bankın riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
  • Daxili insident menecment sistemin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi;
  • İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması və səbəblərin araşdırılması;
  • Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;
  • Əməliyyat riskləri üzrə işçilərin biliklərini artırmaq üçün bankda təlim / seminar keçirmək;
  • Rəhbərlik üçün daxili hesabatların hazırlanması.

Vəzifəyə tələblər:

  • Bankın dəyərlərinə uyğun işlərin təşkili;
  • Ali təhsil;
  • Zəruri minimum iş təcrübəsi 2 il, bank sektorunda 1 il;
  • Banklar və bank fəaliyyəti haqqında mövcud AR Qanunvericiliyi, əmək məcəlləsini, AR MB filiallarının və kredit təşkilatlarının
  • aliyyəti məsələləri üzrə normativ sənədləri bilməli;
  • Bank işinin əsaslarını və bank sisteminin strukturunu, bankda daxili prosesləri bilməli;
  • Kompüter biliyi: Microsoft Office (Word, Excel, Power Point, Outlook);
  • İqtisadi xarakterli məlumatı ilə analitik işin aparılma bacarığı;
  • Strukturlarla danışıqların və işgüzar ünsiyyətin aparılma qabilliyyəti;
  • Xarici dil bilməsinə üstünlük verilir (Rus dili, İnglis dili);
  • Komandada işləmək və qərarları qəbul etmək bacarığı;
  • Məsuliyyət;
  • Nəticə əldə etməyə meyl;
  • Stressə davamlılıq.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Oxşar vakansiya siyahısı:

Maliyyə üzrə mütəxəssis

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

17.05.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

17.05.2024 - Bakı

1000 — 1500 ₼
İstehsalat üzrə mühasib

Abacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Abacus Audit And Consulting

14.05.2024 - Bakı

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı